Qardaşına qaraciyərini verən Nərmin səhhətindən yazdı - FOTO 

Qardaşına qaraciyərini verən Nərmin səhhətindən yazdı - FOTO 

Hazırda oxunan: Qardaşına qaraciyərini verən Nərmin səhhətindən yazdı - FOTO 

78947

“Mənə görə narahat olanlar, yazanlar, zəng edənlər, dua edənlər... Bu sevgiyə görə çox sağ olun”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nərmin Kərimbəyova sosial şəbəkə hesabında yazıb.

Bir neçə həftə əvvəl Türkiyədə qardaşı Kamrana qaraciyərini verən və ağır əməliyyatın ardından vəziyyəti gərginləşən Nərmin səhhəti barədə açıqlama verib.

“Nigaran qalmayın, artıq palatadayam. Hələ ki, qan azlığı və ağrılarla mubarizə aparıram. Allah kərimdir. Görüşmək ümüdi ilə...”.

Qeyd edək ki, Nərmin Kərimbəyova daha əvvəl redaksiyamıza açıqlamasında 42 yaşlı qardaşı Kamranın hepatit B virusuna yoluxduğunu açıqlamışdı.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO