Xəbər verdiyimiz kimi, mayın 26-29-da Bakıda ilk dəfə keçirilən Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı "Teknofest"də 1-ci yerin qalibi olan komandalardan biri də Bakı Ali Neft Məktəbinin (BANM) “Atəşgah” komandası olub.
Bizim.Media xəbər verir ki, BANM-ın iclas zalına daxil olan komanda üzvlərini Məktəbin heyəti gurultulu alqışlarla qarşılayıb.
Bununla bağlı görüntüləri Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov özünün Facebook səhifəsində yayaraq bu sözləri yazıb:
“Çoxdandır belə alqış görməmişdik. Ali Məktəbimiz TEKNOFEST-in qaliblərini belə alqışlayır. BANM ailəsi ilə qürur duyuruq”.
Bizim.Media