Gecəqondulaşma Bakını ünvansız şəhərə çevirib? - Fazil Mustafadan AÇIQLAMA 

Gecəqondulaşma Bakını ünvansız şəhərə çevirib? - Fazil Mustafadan AÇIQLAMA 

Hazırda oxunan: Gecəqondulaşma Bakını ünvansız şəhərə çevirib? - Fazil Mustafadan AÇIQLAMA 

78580

“Avtobusa mindin, sürücüyə deyərsən ki, aptekin yanında saxlasın, sonra da həmin küçədən yuxarı qalx, bizim evə çatacaqsan”. 

Yəgin ki, cümlələr çox oxucuya tanışdır. Çünki əksəriyyət qonaq və ya hansısa məkana gedərkən ünvan soruşduqda küçənin adını deyil, onun yadda qalan hissəsinin adını çəkib gedəcəyi yeri tapmağa çalışır. Adları yalnız sənədlərdə bilinən bu küçələrdə heç bir nişana, lövhəyə rast gəlmək olmur. Bəzən küçələrin adları elə çətin, diləyatmaz olur ki, sakinlər alternativ olaraq başqa məhəlli adlardan istifadə etməyə çalışırlar. 

Bir neçə gün öncə Bakının Xəzər rayonunda yerləşən 10 küçənin adı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən təqdim olunmuş sxemlərə uyğun olaraq dəyişdirilib. 

Sözügedən dəyişiklik küçə adlarındakı bu problemə son qoya bilərmi? Başqa hansı addımlar atılmalıdır?

Sualımızı millət vəkili Fazil Mustafa cavablayıb. O, Bizim.Media-ya açıqlamasında bu işin sistemli şəkildə aparılmalı olduğunu bildirib: 

“Ayrı-ayrı rayonlarda bunun effekti olmur. Bütünlükdə dövlət səviyyəsində xüsusi komissiyanın bu işin üzərində işləməlidir. Elə küçə adları var ki, onların heç bir məntiqi izahı yoxdur. Bunu həll etmək üçün də müəyyən ciddi islahatlar aparılmalıdır. Hansı adların bugünkü çağdaş Azərbaycanın dövlətçiliyinə uyğun deyilsə, onlar çıxarılmalıdır. Təəssüf ki, bu məsələ pərakəndə formada gedir və lazım olan zəruri adların dəyişilməsi baş vermir. Lakin İqtisadiyyat Nazirliyi vasitəsilə bu işin aparılması müsbət haldır. Amma bunu ümumi dövlət səviyyəsində etmək lazımdır ki, adlarda anlaşılmazlıq olmasın”.

Deputatın sözlərinə görə, küçələrdəki ad problemi geceqondulaşmanın başlıca səbəbkarıdır: 
 

“Bir də Azərbaycanda qəribə bir hal var. Heç yerdə ünvan yoxdur. Qapıların böyük əksəriyyətində evin ünvanı yoxdur. Gecəqondulaşma Bakı şəhərini tamamilə ünvansız bir şəhərə çevirib.


Məsələn, hansısa bir Əhmədov küçəsi 15 - deyəndə rəqəmi heç bir yerdə görə bilmirsən. Küçələrin, qurumların qarşısında onun hansı küçədə yerləşməsi haqqında məlumatı çətinliklə öyrənə bilirsən. Ona görə də bu vəziyyət kənardan gələn, şəhəri tanımayan adam üçün çətinlik yaradır. Hər halda bu məsələdə ciddi dövlət komissiyası çalışmalıdır”, - deyə F.Mustafa qeyd edib. 

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO