Yevlaxda əməliyyat: Külli miqdarda narkotik müsadirə olundu

Yevlaxda əməliyyat: Külli miqdarda narkotik müsadirə olundu

Hazırda oxunan: Yevlaxda əməliyyat: Külli miqdarda narkotik müsadirə olundu

78546

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsində və bitkilərin kultivasiyasında şübhəli bilinən şəxslər saxlanılıb.  

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Nicat Əhmədli saxlanılıb.  

Onun üzərinə və yaşadığı ünvana baxış keçirilən zaman satış məqsədi ilə əldə etdiyi külli miqdarda heroin və metamfetamin aşkar edilərək götürülüb.  
Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş digər tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən rayon sakini Pərviz Quliyev də saxlanılıb.  

Onun Aşağı Salamabad kəndində yerləşən əkin sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi çətənə bitkiləri aşkarlanıb. Onlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib və faktlarla bağlı araşdırmalar davam etdirilir. 

Ehtiram Muradov, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO