\

\"Azərbaycan millisi texniki cəhətdən yaxşı vəziyyətdədir\" - Samuel Slovak  

Hazırda oxunan: \"Azərbaycan millisi texniki cəhətdən yaxşı vəziyyətdədir\" - Samuel Slovak  

78490

Slovakiya millisində  baş məşqçi səlahiyyətlərini icra idən Samuel Slovak  UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunda Azərbaycanla sabahkı səfər oyunu öncəsi mətbuat konfransı keçirib.

Bizim.Media xəbər verir ki, o, Azərbaycan millisinin yaxşı müdafiə olunduğunu bildirib: 

"Topla yaxşı oynayırlar. Texniki cəhətdən yaxşıdırlar. Rəqibə hörmətlə yanaşırıq. Ancaq biz sabahkı matçda daha çox özümüz barədə düşünməliyik. Qələbə qazanmaq istəyirik".

Samuel Slovak millidəki baş məşqçi istefasından da danışıb:

"Baş məşqçi istefası asan vəziyyət deyil. Buna baxmayaraq, biz peşəkarıq. Mövcud vəziyyəti idarə etməliyik və inanmalıyıq. Qarşıya qoyulan məqsədə doğru irəliləməliyik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO