E-terminallarda qəbz problemi: Şikayətçi nə etməlidir? - AÇIQLAMA

E-terminallarda qəbz problemi: Şikayətçi nə etməlidir? - AÇIQLAMA

Hazırda oxunan: E-terminallarda qəbz problemi: Şikayətçi nə etməlidir? - AÇIQLAMA

78450

Ödəniş terminalları ilə bağlı edilən şikayətlərə demək olar ki, sosial şəbəkələrdə tez-tez rast gəlirik. Bu dəfə isə E-manat ödəniş terminallarında qəbz probleminin olması diqqət çəkib.

Belə ki, redaksiyamıza faktı şikayət edən şəxs terminalla ödəniş etdikdən sonra qəbzi ala bilməyib:

“E-manat aparatından pul ödədim, amma çek vermədiyi üçün qarşı tərəfə ödənişmi sübut edib, ödənişmin qarşılığında yararlanmalı olacağım onlayn xidmətdən yararlana bilmirəm. Çünki, onlara çeki təqdim etməliydim. E-manat aparatları niyə çek vermir?” 
 

MÖVZU İLƏ BAĞLI:

“”Milliön”ün 1 manat tələbi qeyri-qanunidir” - QALMAQAL


Bizim.Media olaraq problemlə bağlı E-manat şirkəti əlaqə saxladıq. Şirkətin nümayəndəsi Sahilə Rzalının sözlərinə görə, terminallar hər iş günü yoxlanılır, həmçinin problem yarandığı təqdirdə, heç bir narahatlığa ehtiyac yoxdur: 

“Hər bir terminal gün ərzində monitorinq olunur. İş vaxtı başlayan kimi texniki şöbənin əməkdaşları ərazilərə yönləndirilir və qəbzlər dəyişdirilir. Bəzən vətəndaşın ödəniş etdiyi zaman terminalda qəbz bitə bilər bu da texniki çətinlik sayılır. Lakin burada vətəndaşlar narahatlıq keçirməsinlər çünki biz həmin qəbzin dublikatını göndərə bilərik”. 

Problemlə üzləşən müştəri hara müraciət etməlidir?

“Vətəndaşlar “WhatsApp" vasitəsilə 050 404 48 88 nömrəsinə müraciətini bildirə bilərlər. Öncəliklə biz müştərinin hansı xidmətdən istifadə etdiyini kod vasitəsilə öyrənirik. Əgər ödəniş sistemdə mövcuddursa və uğurlu şəkildə hesaba keçibsə təbii ki, həmin qəbz vətəndaşa göndərilir”, - deyə S.Rzalı məlumat verib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO