Bu gün Britni Spirsin toyudur - FOTO 

Bu gün Britni Spirsin toyudur - FOTO 

Hazırda oxunan: Bu gün Britni Spirsin toyudur - FOTO 

78435

Bu gün Britni Spirs və nişanlısı Sem Asqarinin toyu olacaq.  

Bizim.Media “TMZ” nəşrinə istinadən xəbər verir ki, kiçik məclis quran aşiqlər toya cəmi 100 qonaq dəvət edib.  

Toyda Britni Spirsin qardaşı da iştirak edəcək. 2008-2021-ci illərdə himayəsində olan müğənninin atası toya dəvət edilməyib.  

Qonaqlar arasında yalan danışmaqda ittiham etdiyi anası və kiçik bacısı Ceymi Lin də yer almayıb. Britni Spirs və Sem Asqari ilə 2016-cı ildə müğənninin klipinin çəkiliş meydançasında tanış olublar.  

Ötən ilin sentyabrında Sem Asqari müğənniyə evlilik təklifi etsə də, toyun tarixi açıqlanmamışdı. Daha sonra pop ulduzunun dünya şöhrətli dizayner Donatella Versaçe ilə görüşməsi toy olması xəbərinin yalan deyil, doğru olduğunu ortaya çıxardı.  

Britni Spirs üçün bu evlilik üçüncü olacaq. O, Ceyson Aleksander və Kevin Federlinlə evli olub. 2004-cü ildə Spirs jurnalist Ceyson ilə evlənsə də, bir neçə gün sonra nikah ləğv edilib.
Elə həmin il o, 2007-ci ildə boşandığı rəqqas Kevin Federleynlə evlənib.  

Sem Asqari üçün müğənni ilə evlilik ilk olacaq. Aprel ayında Britni Spirs Asqari ilə birlikdə ilk övladlarını gözlədiklərini açıqlasa da, sonradan müğənni uşağı düşürdüyünü açıqlayıb.  

Müğənninin keçmiş əri Kevindən iki oğlu var, Semdən isə övladı yoxdur.  

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO