Azərbaycan vətəndaşları Ermənistana vizasız səfər edə bilər - FOTO

Azərbaycan vətəndaşları Ermənistana vizasız səfər edə bilər - FOTO

Hazırda oxunan: Azərbaycan vətəndaşları Ermənistana vizasız səfər edə bilər - FOTO

7836

Ermənistan Xarici İşlər Nazirliyinin saytındakı məlumat  müzakirələrə səbəb olub.

Bizim.Media xəbər verib ki, nazirlik ölkəyə vizasız gəlməyə icazə verilən xarici ölkələrin siyahısını dərc edib. Siyahıda Azərbaycanın da adı yer alıb.

Tələbə əsasən, üzərində şəxsiyyətini təsdiq edən bütün müvafiq sənədlər olan Azərbaycan vətəndaşının Ermənistana girişinə və 180 gün müddətində qalmasına maneəsiz icazə verilir.

Bundan əlavə, pasportun (diplomatik, adi, xidməti (rəsmi), xüsusi pasportlar və səyahət sənədi) Ermənistanda olduğu müddət ərzində etibarlı olması lazımdır.

Qeyd edək ki, Ermənistan XİN-in saytında Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlərin bərpa edilmədiyinə dair 2019-cu ilin qeydi də saxlanılıb.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO