Erməni jurnalist: “Rusiya sülhməramlıları Qarabağdan çıxmayacaq” - VİDEO

Erməni jurnalist: “Rusiya sülhməramlıları Qarabağdan çıxmayacaq” - VİDEO

Hazırda oxunan: Erməni jurnalist: “Rusiya sülhməramlıları Qarabağdan çıxmayacaq” - VİDEO

7827

“Bir yerdə hansısa millətin çox yaşaması, ərazinin onun dövlətinə aid olması demək deyil”. 

Başlığa çıxardığmız fikirləri erməni jurnalist Mark Qriqoryan Azərbaycanın tarixi məsələlərə münasibətnə cavab olaraq deyib, amma Ermənistanla bağlı anoloji situatsiyalarda o, öz “erməniliyində” qalıb.

Bizim.Media məlumat verir ki, Azərbaycanlı jurnalist və DJ, ANS ÇM radiosunun Amerikaya mühacirət etmiş əməkdaşı İsmayıl Cəlilovun Youtube platformasında yayımlanan “Düz danışaq” verilişində qonağı erməni jurnalisti Mark Qriqoryan olub.

Yerevandakı Qafqaz İnstitutunun yaradıcılarından biri olan Qriqoryan 2017-ci ildən etibarən Ermənistanın İctimai Radiosunun icraçı direktoru təyin edilib. 

Bir saatdan uzun çəkən proqram əsnasında İsmayıl Cəlilov və Mark Qriqoryan 44 günlük müharibədən sonrakı dövrdə Ermənistandakı vəziyyəti müzakirə ediblər. 

Mark Qriqoryan Qarabağ müharibəsindəki məğlubiyyətin erməni cəmiyyəti üçün “şok” təsiri bağışladığını qeyd edib.

Ermənistan hakimiyyəti güclü generallar və güclü siyasətçilərlə müharibə apardıqlarını qeyd edirdi, amma sonradan ortaya çıxdı ki, bu, tamamilə yalan imiş, - deyə Qriqoryan qeyd edib.

Qriqoryan Qarabağda Rusiya hərbi bazasının olmasını ordakı hər kənddə yaşayan erməni əhalinin təhlükəsizliyi üçün önəmli olduğunu düşünür. O, Türkiyə təhdidinin regionda ikinci rus hərbi bazasının yaradılması ilə nəticələndiyini də bildirib. 

Qriqoryan rus sülhməramlılarının heç vaxt bölgəni tərk etməyəcəyi qənaətindədir. Çünki ermənilər Türkiyədən gələcək hər hansı təzyiqi özlərinə qarşı təhdid kimi qəbul etdikləri üçün Ermənistan-Rusiya arasındakı münasibətlərin heç vaxt qırılmayacaq. 

Onun fikrincə, Azərbaycan tarixən yaşadıqları əraziləri, hətta İrəvanı belə öz torpaqları olaraq elan edir, bu isə doğru deyil.

Qiriqoryan Gürcüstanın etnik azərbaycanlılar yaşayan Marneuli ərazisini nümunə göstərir və “Bir yerdə hansısa millətin çox yaşaması, oranın onun dövlətinə aid olması demək deyil” deyə, əlavə edir. 

Qriqoryan ermənilərin türklərə nifrət etməsinə baxmayaraq nə üçün daha çox Türkiyədə yaşadıqları və işlədikləri ilə bağlı suala da cavab verib. Onun fikrincə, Türkiyə əraziləri ermənilərin qədim torpaqlarıdır, ermənilər 1453-cü ildən əvvəl də İstanbulda yaşayırdılar. O, hətta Konstantinopolu erməni mədəniyyətinin paytaxtlarından biri olaraq adlandırıb.

Müharibənin Ermənistanı zəiflətdiyini qəbul edən Qriqoryan, Qarabağı “ermənilərin evi” adlandırıb. Qarabağ ermənilərinin öz evlərinə dönəcəklərini qeyd edən Qriqoryan onların, hətta Şuşaya və Hadruta da qayıdacaqlarının da əlavə edib.

Son iki ayda yaşanmış faciələrə toxunan Qriqoryan, bütün bu faciələrin bir santimetr torpağa dəymədiyini qeyd edib və torpaq üçün müharibə aparılmasını başa düşə bilmədiyini bildirib.

Bununla belə, o, Qarabağın "ermənilərin vətəni" olması fikrini də israrla müdafiə edib.

Xatırladaq ki, 2004-cü ilin mayında "BBC" Dünya Xidməti proqramlarını Azərbaycanda yayımlayan ANS şirkətinin rəhbərliyi, Mark Qriqoryanın 1 iyun tarixinə qədər BBC səhər proqramlarının prodüseri vəzifəsindən kənarlaşdırılmasa, BBC-nin Azərbaycanda yayımını dayandıracağı barədə ultimatum verib.

ANS rəhbərliyi bu iddiaları “Ermənistan-Azərbaycan münaqişəsi ətrafında mövcud reallıqları təhrif etmək cəhdləri” ilə əsaslandırıb.

Rəvan Əliyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO