Paytaxtda rəzillik - Məmurlar ağacları kəsib parklanma yeri düzəltdilər – FOTO

Paytaxtda rəzillik - Məmurlar ağacları kəsib parklanma yeri düzəltdilər – FOTO

Hazırda oxunan: Paytaxtda rəzillik - Məmurlar ağacları kəsib parklanma yeri düzəltdilər – FOTO

78024

“Bilirsiniz bu nədir? Bu, “bespredel”ın pik nöqtəsidir. 50 metr aralıda yeraltı parkinq var, amma məmur xalqın içi ilə 50 metr gedə bilməz, özünə yaraşdırmaz bunu, gərək kabinetindən çıxıb dərhal xidməti avtomobilinə minsin”.

Bizim.Media xəbər verir ki, bu fikirləri tanınmış telejurnalist Azər Qərib özünün Facebook səhifəsində yazıb. 

“Mən söz tapa bilmirəm, şəhərin tam mərkəzində ağacları kəsib, piyada səkini daraldıb, camaatın yolunu kəsib özünə parkovka düzəldəsən? Bu qədərmi harınlaşma prosesi dərinləşib? 

Görəsən 200 metr aralıda yerləşən Səbayıl İcra hakimiyəti və Ekoloqiya Nazirliyi nə düşünürlər bu haqda?”, deyə o, qeyd edib.

Jurnalistin fikrincə, bu məsələ yenə dövlət büdcəsindən 5-10 manat cərimə verməklə bitəcək. O, statusunun sonunda şokda olduğunu bildirib.

Fotolardan görünür ki, ağaclar elə bu günlərdə kəsilib. Həmin yerdə səki bir qədər daralıb və bir neçə avtomobil üçün şəxsi parklanma yeri salınıb. Başqa maşınların daxil olmaması üçün dəmir maneələr qoyulub və kilidlənib. 
Xatırladaq ki, həmin ərazi Bülbül prospekti, 18 ünvanına aiddir. Əvvəllər AZƏRTAC Dövlət Agentliyi də bu bunada yerləşib.

Bizim.Media













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO