Qurban Qurbanov ən yaxşı mütəxəssislər sırasında

Qurban Qurbanov ən yaxşı mütəxəssislər sırasında

Hazırda oxunan: Qurban Qurbanov ən yaxşı mütəxəssislər sırasında

77924

Dünyanın ən yaxşı baş məşqçilərinin may ayı üçün ilk reytinq cədvəli açıqlanıb. 

Bizim.Media xəbər verir ki, siyahıda aktiv fəaliyyətdə olan 500 ən yaxşı mütəxəssis yer alıb. 

Bu cədvəldə Azərbaycanı yalnız “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov təmsil edir. 50 yaşlı mütəxəssisin aktivində 1594 xal var. 

Ötən cədvəllə müqayisədə hesabını 5 xal zənginləşdirən Qurbanov siyahıda 4 pillə irəliləyib. O, hazırda planetin 223-cü məşqçisidir. 

Qeyd edək ki, siyahıya Pep Qvardiola (2199) rəhbərlik edir. Yurgen Klopp (2131) ikinci, Antonio Konte (2093) üçüncüdür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO