İran Məhəmməd peyğəmbərə görə Hindistana NOTA VERDİ

İran Məhəmməd peyğəmbərə görə Hindistana NOTA VERDİ

Hazırda oxunan: İran Məhəmməd peyğəmbərə görə Hindistana NOTA VERDİ

77903

İran Xarici İşlər Nazirliyi Hindistanın Tehrandakı səfirinə etiraz notası təqdim edib. Diplomatik qurum bildirir ki, Hindistanın hakim “Bharatiya Janata” Partiyasının nümayəndəsi Nipur Şarmanın Məhəmməd peyğəmbər haqda dedikləri müsəlman ölkələrində təhqir kimi qəbul edilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Mehr xəbər agentliyi yayıb.

Səfirin sözlərinə görə, partiya nümayəndəsinin ifadə etdiyi mövqe bütün dinlərə böyük hörmətlə yanaşan Hindistan hökumətinin fikrini əks etdirmir:

“Bundan əlavə, Şarma dövlət qulluqçusu deyil, sadəcə partiyada vəzifə tutub. Qalmaqal yarandıqdan sonra o, işdən çıxarılıb”.

Hindistanın NDTV telekanalının məlumatına görə, rəhbərlik Şarmanın partiyadakı üzvlüyünü dayandırıb. 

Qətər və Küveyt tərəfindən Hindistan səfirlərinə də etiraz notaları təqdim edilib, Pakistan və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla bir sıra digər müsəlman ölkələri və təşkilatları  “Bharatiya Janata” partiyasının nümayəndəsinin bəyanatlarını pisləyib.
Qeyd edək ki, Şarma Hindistan televiziyasında debat zamanı ölkədə baş verən bəzi hadisələrin müzakirəsi kontekstində İslam və Məhəmməd peyğəmbər haqqında müsəlmanları təhqir edən bir sıra açıqlamalar verib. 

Daha sonra Hindistan Milli Konqresi partiyasının üzvü Naveen Cindal da Twitter-də müsəlmanlara qarşı qərəzli mesaj yerləşdirib. Bir müddət sonra o, tənqid dalğasına görə statusunu silib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO