Futbol üzrə dünya çempionatında 32 iştirakçıdan 30-u müəyyənləşdi - SİYAHI

Futbol üzrə dünya çempionatında 32 iştirakçıdan 30-u müəyyənləşdi - SİYAHI

Hazırda oxunan: Futbol üzrə dünya çempionatında 32 iştirakçıdan 30-u müəyyənləşdi - SİYAHI

77827

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının 32 iştirakçı ölkəsindən 30-u müəyyənləşib.

Bizim.Media xəbər verir lo, postsovet məkanından heç bir yığma komanda bu hüquqa nail ola bilməyib.

Əvəzində Avropa zonasından İngiltərə, Belçika, Almaniya, Danimarka, İspaniya, Niderland, Polşa, Portuqaliya, Serbiya, Fransa, Xorvatiya, İsveçrə və Uels milliləri DÇ-2022-yə yollanacaq.

Digər qitələrdən isə vəsiqələrə aşağıdakı ölkələr sahib çıxıb:

Cənubi Amerika: Argentina, Braziliya, Ekvador, Uruqvay

Afrika: Qana, Mərakeş, Seneqal, Kamerun, Tunis

Asiya: İran, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Yaponiya

Şimali Amerika: Kanada, ABŞ, Meksika

Qalan iki komandadan biri iyunun 14-də keçiriləcək Kosta-Rika - Yeni Zelandiya cütünün qalibi olacaq. Digər yığmaya gəldikdə, əvvəlcə iyunun 7-də Qətərdə BƏƏ və Avstraliya arasında pley-off matçı keçiriləcək.

Görüşün qalibi isə iyunun 13-də eyni ölkədə Peru ilə üz-üzə gələcək. Məhz bu qarşılaşmanın qalibi mundiala yüksələcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO