Corabında narkotik keçirmək istədi, SAXLANILDI...

Corabında narkotik keçirmək istədi, SAXLANILDI...

Hazırda oxunan: Corabında narkotik keçirmək istədi, SAXLANILDI...

77736

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında narkotik vasitənin ölkənin gömrük sərhədindən qanunsuz olaraq keçirilməsi cəhdinin qarşısı alınıb.

Bizim.Media xəbər verir ki, Baş idarənin “Astara” gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edilib.

Sorğu-sual zamanı vətəndaş üzərində gömrük nəzarətindən gizlədilən və gömrük nəzarətinə bəyan olunmalı hər hansı bir predmetin olmadığını bildirsə də, şəxsi yoxlama zamanı vətəndaşın corabının alt hissəsində gömrük nəzarətindən gizlədilən 2 ədəd selofan bükümdə, ümumilikdə çəkisi 5,304 qram olan  narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO