Cey Lo sevgilisiylə yeni villasına köçür - 60 milyonluq... 

Cey Lo sevgilisiylə yeni villasına köçür - 60 milyonluq... 

Hazırda oxunan: Cey Lo sevgilisiylə yeni villasına köçür - 60 milyonluq... 

77570

Toylarına hazırlıqlar görən dünya pop səhnəsinin ulduzu Cennifer Lopez nişanlısı Hollivud aktyoru Ben Affleklə yeni villaya köçür. 

Bizim.Media “TMZ” nəşrinə istinadən xəbər verir ki, Ben və Cey Lo yeni malikanəyə köçmək üzrədirlər.  

Cütlük keçən yaydan bəri tapa bilmədikləri sevgi yuvalarına qovuşacaqlar. Nəşr malikanənin fotolarını əldə edib. “Beverli Hills”dəki yeni mülkün yaxınlığında aktrisanın avtomobili olub.  

Daha sonra paparazzilər orada əvvəllər cütlüyün hazırkı malikanəsinin önündə dayanıb yüklənmiş dörd böyük yük maşınını görüb. Ev əvvəllər Meray Kerinin keçmiş nişanlısı Ceyms Pakerə, ondan əvvəl isə Denni Devitoya məxsus olub.  
Villada hovuz, kinoteatr və çoxlu yataq otaqları var. Mülkün dəyəri 60 milyon dollar qiymətləndirilir.  

Rəşad Əliyev, Bizim.Media






 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO