F1 yarışlarının keçiriləcəyi ərazidə sakinlərə icazə sənədləri veriləcək – Bu tarixdən  

F1 yarışlarının keçiriləcəyi ərazidə sakinlərə icazə sənədləri veriləcək – Bu tarixdən  

Hazırda oxunan: F1 yarışlarının keçiriləcəyi ərazidə sakinlərə icazə sənədləri veriləcək – Bu tarixdən  

77524

Vətəndaşlar "Yaşayış Yerinə Giriş İcazəsi" sənədinin paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə edə bilərlər. 

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib. 

O bildirib ki, sənədi əldə etmək üçün vətəndaşlar zonalar üzrə aşağıdakı müvafiq idarələrə müraciət edə bilərlər: 

- Zona 1- İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, tel: (012) 492-24-27 

- Zona 2- Mənzil-Kommunal və İstismar İdarəsi N4, tel: ( 012) 498-88-06 

- Zona 3- Mənzil-Kommunal İstismar İdarəsi N58, tel: (012) 492-41-85". 

T.Teymurov qeyd edib ki, "Yaşayış Yerinə Giriş İcazəsinin"paylanması 16 may tarixindən başlayıb və 12 iyunadək davam edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO