Neftçilərin maaşı 5 aydır verilmir – SOCAR-a müraciət edildi

Neftçilərin maaşı 5 aydır verilmir – SOCAR-a müraciət edildi

Hazırda oxunan: Neftçilərin maaşı 5 aydır verilmir – SOCAR-a müraciət edildi

7749

Təsisçisi “Greenfields Petroleum Corporation” olan “Bahar Energy” Əməliyyat Şirkətinin prezidenti Con Harkins və hazırda onun səlahiyyətlərini icra edən Deyl Makfadden may ayından Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (ARƏM) bəzi maddələrini pozur. 

Bu iddia ilə Bizim.Media-ya açıqlamasında Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı çıxış edib. 

Hüquq müdafiəçisi “Bahar Energy” Əməliyyat Şirkətinin işçilərinin əməkhaqlarının  verilmədiyini deyib: 

''Şirkət rəhbərinin qanunları pozması o qədər də yüksək əmək haqqı almayan yerli işçilərin (xüsusən fəhlələrin) yaşam tərzinə ciddi təsir edir və proses davam edir. Dəniz yataqlarının işlənməsinə görə 2009-cu ilin dekabr ayında ARDNŞ (20%) və "Bahar Energy" LTD (80%) arasında müqavilə bağlanıb''.

"Bahar Energy" LTD müqavilənin idarə olunması uzrə operatordur. “Bahar Enerji” Əməliyyat Şirkəti Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Xəzər dənizinin Azərbaycan sektorunda "Bahar" qaz yatağının və "Qum-dəniz" neft yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi” hasilatın pay bölgüsü Sazişi əsasında 01.10.2010-cu il tarixdən fəaliyyət göstərir''. 

QHT sədri rəhbərlərin vaxtı-vaxtında maaş aldığını, neftçilərin isə pulsuz qaldığını önə çəkib:

''Qurğular çalışır, neft-qaz çıxır, sahiblər qazanır, neftçilər isə pulsuz qalır. 5 aydan yuxarıdır ki, işçilərə əmək haqqı verilmir. Əmək haqqını vaxtında ala bilməyən insan necə yaşasın? Deyilənə görə, "Bahar Energy" LTD şirkətinin təsisçisi və əsas payçısı olan “Greenfields Petroleum Corporationı” Prezidenti Con Harkinsin əməkhaqqı 30 min manatdır''.

''Rəhbərlər maaşları vaxtlı-vaxtında alırlar. 500-800 manat civarında olan işçilərin əməkhaqqı isə verilmir. Üstəlik aldıqları psixoloji təzyiqlər (sərt karantin, müharibə, işdənçıxma və s.) də əlavə problemlər yaradır''. 

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi günahkarları Azərbaycan Respublikasının qanunlarına hörmətlə yanaşmağı, qanunun aliyliyini təmin etməyə çağırıb.

Həmçinin qeyd olunan problemlə bağlı Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevə ərizə ilə müraciət etdiyini bildirib. 

Xatırladaq ki, Əmək Məcəlləsinin 310-cu maddəsində Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət əks olunub.

Orada bildirilir ki, istər işçilər, istərsə işəgötürənlər, bu Məcəllə ilə, o cümlədən  əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə maddi, intizam, inzibati, həmçinin cinayət məsuliyyəti daşıyırlar.

Alçina Amilqızı, Bizim.Media 
   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO