Avtomobillərin SIĞORTA TARİFLƏRİ artırılır – Problem KİMDƏDİR? 

Avtomobillərin SIĞORTA TARİFLƏRİ artırılır – Problem KİMDƏDİR? 

Hazırda oxunan: Avtomobillərin SIĞORTA TARİFLƏRİ artırılır – Problem KİMDƏDİR? 

77231

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev yerli mətbuata açıqlamasında avtomobillərin icbari sığortası ilə bağlı yeni mexanizmin işlənib hazırlandığını qeyd edib.

Belə ki, yeni metodun tədbiqindən sonra nəqliyyat vasitələri sığortalanarkən risk faktoru əsas götürüləcək. Yəni, sürücülərin qəza tarixçəsinə uyğun olaraq sığorta tarifləri müəyyənləşdirəcək və tez-tez qəzalar törədən sürücülər daha yüksək məbləğ ödəməklə avtomobillərini sığorta etdirə biləcəklər.

Digər tərəfdən, bir müddətdir ki, qəza riski yüksək olaraq qiymətləndirilən avtomobillərin sıoğrtalanmasına sığorta şirkətləri tərəfindən süni manelərin yaradıldığı da sürücülər tərəfindən qeyd olunurdu.
 

MÖVZU İLƏ BAĞLI:

Avtomobillərin texniki baxışında YENİ QAYDA – Sürücülər BU MƏSƏLƏYƏ xüsusi diqqət etməlidir


“Bu çox aktual bir məsələdir. Əslində, məsələni bu qədər qabarıq şəkildə ortaya çıxarmağa da ehtiyac yox idi. Çünki bir müddətdir, sığortaçılar qəza riski yüksək olan avtomobillərin sığortalanması ilə bağlı problem yaradırdı”, - deyə mövzunu Bizim.Media üçün şərh edən nəqliyyat eksperti Elməddin Muradlı bildirib.

Ekspertin sözlərinə görə, təəssüf ki, sığortaçılar sistemə elə müdaxilə edirlər ki, onlayn qaydada sığorta talonu almaq istəyənlərə sistemin işləmədiyi bildirilir:

“Bu zaman isə sual yaranırdı ki, digərləri üçün sistem çalışır, amma bu maşınlar üçün yox? Məlum olur ki, sistemə qəsdən müdaxilə edilir. İcbari sığortalar haqqında qanunun 23-cü maddəsinə əsasən isə istənilən vətəndaş müraciət etdikdə bu məsələ öz həllini tapmalıdır və heç kim buna mane ola bilməz. Amma bunlar öz xeyirlərini güdüb, ziyana düşməmək üçün belə bir metoda gedirlər. İndi də açıqlama verirlər ki, qiyməti artıracağıq”.

Elməddin Muradlı qiymət artımın labüdlüyünü də diqqətə çatdırıb:

“Qoy qəza törədən sürücülər artıq məsuliyyətlərini dərk etsinlər. Biri sığorta haqqı ödəyib, heç bir qəza törətmir, bu malus (əlavə ödəniş) sisteminə yox, bonus sisteminə düşür. Gələcəkdə bu cür sürücülərin sığorta tarifi daha aşağı hesablana bilər. Malus sistemində isə qəza riski olan avtomobillər, sürücülər nəzərə alınmalıdır. Mərkəzi sistemdə qeydiyyat aparılır, sığorta tarixçələrinə baxılır və əlbəttə qəza çox olanda tarifi də yuxarı hesablamaq olar”. 

Ekspert sözügedən metodun bir çox ölkələrdə tətbiq olunduğunu da qeyd edib:

“Sadəcə bizdə məsələ dolayı yolla gündəmə gətirilib. Belə yanaşma doğru deyil. Əgər sığorta tarifləri ilə bağlı dəyişiklik etmək istəyirdilərsə, bunu əvvəldən deməli idilər. Bunu hamı normal qarşılayardı. Çünki maşını 50 manata sığortalayırlar və ayda bir hadisə törədib, sığorta şirkətinə 3-5 min manat zərər vururlar. Belə sürücülər riskli sürücü kimi qəbul oluna bilər”.
Elməddin Muradlının sözlərinə görə, problem avtomobillərdə yox, sürücülərdədir:

“Ola bilər ki, “x” modeli sırf taksiyə gedir. Məsələn, London taksiləri. Lakin “Toyota Prius”ları şəxsi məqsədlər üçün istifadə edənlər də var. “Kia Rio”, “Hyundai Accent”, “Mercedes C-klass” kimi avtmobillər də bu siyahıya daxildir ki, onları qara siyahıya salmaq olmaz. Ona görə də, sığorta tarifləri məhz sürücülərə uyğun müəyyən edilməlidir”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO