Bakıdan bu şəhərlərə yeni avtobus marşrutları açılacaq - ADLAR

Bakıdan bu şəhərlərə yeni avtobus marşrutları açılacaq - ADLAR

Hazırda oxunan: Bakıdan bu şəhərlərə yeni avtobus marşrutları açılacaq - ADLAR

77185

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) yeni avtobus marşrutları ilə bağlı müsabiqə elan edib.

Bizim.Media xəbər verir ki, qurum Bakı – Masallı, Bakı – Lənkəran, Bakı – Astara, Bakı – Sabirabad, Bakı – Horadiz müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarıb.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

İddiaçılar sənədlərini iyunun 24-ü saat 17:00-dək, müsabiqə təklifləri toplusunu isə iyulun 8-i saat 17:00-a qədər DANX-a təqdim etməlidirlər.

İddiaçıların təkliflər paketlərini 14 iyul 2022-ci il tarixində müsabiqə keçirilən zaman müsabiqə komissiyası açacaq. İddiaçılar və onların müvafiq qaydada rəsmiləşdirilmiş sənədlə müvəkkil etdikləri səlahiyyətli nümayəndələri komissiyanın iclasında iştirak edə bilərlər.

31 mart 2022-ci il tarixində elan edilmiş müsabiqədə Bakı – Sabirabad – Bakı marşrutu üzrə iki nəfər fiziki şəxs – Ağaşirin Tapdıq oğlu Qasımov və Ramin Xələf oğlu Baxşıyev, Bakı – Horadiz – Bakı marşrutu üzrə bir nəfər fiziki şəxs – Əjdər Həsənqulu oğlu Quliyev müraciət edib. 
Bakı – Sabirabad – Bakı marşrutu üzrə müraciət edən fiziki şəxs Ağaşirin Tapdıq oğlu Qasımov komissiya üzvlərindən ən çox bal toplayaraq qalib elan olunub. Bir avtonəqliyyat vasitəsi olduğu üçün onunla bir reys üzrə daşıyıcı qismində sərnişindaşıma fəaliyyəti göstərməsi üçün qanunamüvafiq qaydada üç ilədək müddətə müqavilə imzalanıb.

Bakı – Horadiz – Bakı marşrutu üzrə fiziki şəxs Əjdər Həsənqulu oğlu Quliyev qalib müəyyən olunub.

Onunla hər iki reys üzrə daşıyıcı qismində sərnişindaşıma fəaliyyəti göstərməsi üçün qanunamüvafiq qaydada üç ilədək müddətə müqavilə imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO