Vəzifəsindən azad edilən agentlik sədri yeni işindən DANIŞDI - ÖZƏL 

Vəzifəsindən azad edilən agentlik sədri yeni işindən DANIŞDI - ÖZƏL 

Hazırda oxunan: Vəzifəsindən azad edilən agentlik sədri yeni işindən DANIŞDI - ÖZƏL 

77168

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov vəzifəsindən azad edilib. 

Bizim.Media-ya bu barədə məlumat verən Samir Qurbanov öz ərizəsi ilə vəzifəsindən azad olunduğunu açıqlayıb. O, yeni və tamamilə fərqli bir sahə ilə məşğul olacağını bildirib:

“Öz ərizəmlə işdən ayrılmışam. Hər hansı problem olmayıb. Sadəcə yeni işlə bağlı təklif aldığım üçün belə bir qərar qəbul etməli oldum. Təklif aldığım iş isə dövlət qurumunda deyil, özəl sahədir”, - deyə Samir Qurbanov qeyd edib.

Xatırladaq ki, Samir Qurbanov 2020-cı ilin aprelindən Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri vəzifəsində çalışıb. 

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi isə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə 2018-ci ildə yaradılıb.

Hələki Samir Qurbanovun yerinə təyinat yoxdur.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO