Bu ilin yanvar-mart aylarında Türkiyə Azərbaycandan 2 305,42 mln. kubmetr qaz idxal edib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 27% azdır.
Bizim.Media Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinə (EPDK) istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-mart aylarında Türkiyə Azərbaycandan 3 157,97 mln. kubmetr qaz idxal edib.
Məlumata görə, hesabat dövründə Azərbaycan Türkiyənin ümumi qaz idxalında Rusiya (boru ilə nəql edilən qaz - red.) və ABŞ-dan (mayeləşdirilmiş təbii qaz - red.) sonra üçüncü yerdə qərarlaşıb.
Ötən il Türkiyə Azərbaycandan 8 820,46 mln. kubmetr qaz idxal edib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 24% azdır.
Qeyd edək ki, idxalın azalması Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi üzrə müqavilənin müddətinin ötən ilin yazında başa çatması ilə əlaqədardır.
Tərəflər arasında (Türkiyənin "Botaş" şirkəti və "Şahdəniz" konsorsiumu) yeni razılaşma (2024-cü ilin sonunadək qüvvədə olacaq – red.) yalnız sentyabr ayında əldə olunub.
Bu razılaşmaya əsasən, "Şahdəniz-1" çərçivəsində qazın tədarükü azaldılıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:13 / 31.05.2022
Türkiyə Azərbaycan qazının idxalını 27% azaldıb
Hazırda oxunan: Türkiyə Azərbaycan qazının idxalını 27% azaldıb
Hazırda oxunan: Türkiyə Azərbaycan qazının idxalını 27% azaldıb
77028
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.