Elnur Məmmədovun Kəbə evindən paylaşımına Oksana və Günaydan REAKSİYA - FOTO

Elnur Məmmədovun Kəbə evindən paylaşımına Oksana və Günaydan REAKSİYA - FOTO

Hazırda oxunan: Elnur Məmmədovun Kəbə evindən paylaşımına Oksana və Günaydan REAKSİYA - FOTO

77010

Xəbər verdyimiz kimi, müğənni Elnur Məmmədov Səudiyyə Ərəbistanının Məkkə şəhərinə gedib. Sənətçi sosial şəbəkə üzərindən Kəbə evindən canlı yayımlar açaraq sənət yoldaşları ilə həmsöhbət olub.   

Bizim.Media xəbər verir ki, Elnurla söhbətləşən aktrisa Oksana Rəsulova həmin anı “ekran görüntüsü” edərək “Instagram” səhifəsində paylaşaraq bu sözləri yazıb.  

“Gecə məni dəyərləndirib, bu pak mənzərəni mənə seyr etdirdiyin üçün, sənə sonsuz minnətdaram, əziz dostum. Ziyarətin, duaların, ibadətin qəbul olunsun. Allah mənə Şəhriyar ilə ora getməyi nəsib etsin. Çox sağol ki, bu duyğuları hiss etdirdin”.  

Elnur “İnstagram”da canlı yayımda söhbətləşən Günay İbrahimli ilə paylaşımına bu sözləri əlavə edib.  

“Gecə vaxtı məni necə sevindirdin. Allah da səni sevindirsin. Allah bütün dualarını qəbul etsin. Allahın evini görməyi mənə də nəsin etsin”.  
Qeyd edək ki, Elnur Məmmədov 2011-ci ildə ailə qurub. Lakin onun 10 il övladı olmayıb. O, aylar əvvəl qonaq olduğu "Günün sədası" səhər şousunda ata olmaq üçün xeyli pul xərclədiyini açıqlayıb. Ötən il isə E.Məmmədovun İnam adlı oğlu dünyaya gəlib.  

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO