FHN əhaliyə XƏBƏRDARLIQ etdi: - Yanğınsöndürən maşınlar küçələrə çıxacaq...

FHN əhaliyə XƏBƏRDARLIQ etdi: - Yanğınsöndürən maşınlar küçələrə çıxacaq...

Hazırda oxunan: FHN əhaliyə XƏBƏRDARLIQ etdi: - Yanğınsöndürən maşınlar küçələrə çıxacaq...

76997

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Bakı şəhəri, Heydər Əliyev prospekti, 10 ünvanında yerləşən Milli Hidrometeorologiya Xidmətinin inzibati binasında yanğın-taktiki təlim keçiriləcək.

Tədbirə 31 may 2022-ci il tarixində, saat 15:00-dan start veriləcək.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, “təlimin keçirilməsində məqsəd yanğın təhlükəsizliyinin təmin edilməsi və yanğınlarla mübarizə üzrə aidiyyəti qurumların qarşılıqlı fəaliyyətinin gücləndirilməsi, mümkün fövqəladə hallar, o cümlədən yanğınların qarşısının vaxtında alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması üçün şəxsi heyətin peşəkar hazırlığının daha da artırılmasıdır”.

Nazirlik tədbirin keçirilməsi ilə bağlı paytaxt sakinlərinə müraciət edir ki, yanğınsöndürən maşınların və digər texnikaların bəlli saatlarda Heydər Əliyev prospektindəki hərəkətindən heç bir narahatlıq keçirməsinlər. Bu sadəcə profilaktik tədbirdir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO