Xırdalanda arvadını öldürən kişi həbs olundu - RƏSMİ - FOTO/VİDEO

Xırdalanda arvadını öldürən kişi həbs olundu - RƏSMİ - FOTO/VİDEO

Hazırda oxunan: Xırdalanda arvadını öldürən kişi həbs olundu - RƏSMİ - FOTO/VİDEO

76902

Abşeron Rayon Prokurorluğu Xırdalan şəhərindəki qətllə bağlı məlumat yayıb. 

Bizim.Media xəbər verir ki, məlumatda deyilir: 

"Mayın 30-u saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 1996-cı il təvəllüdlü Rəqsanə Məmmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin keçmiş əri 1987-ci il təvəllüdlü Ramil Məmmədovun küçədə, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Rəqsanə Məmmədovaya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Faktla bağlı araşdırma aparılır. 

*** 09.14

Abşeron Gənclər Şəhərciyində qətl hadisəsi baş verib. 

Bizim.Media xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. 

1995-ci il təvəllüdlü Rəqsanə Muradova keçmiş əri tərəfindən binanın həyətində bıçaqlanıb. Qadına ümumilikdə 6 bıçaq zərbəsi vurulub. 

Apa-nın məlumatına görə, yaralı qadın xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib. 

Qeyd edək ki, R.Muradova həyat yoldaşından bir neçə ay əvvəl ayrılıb. Onların birgə nikahından iki azyaşlı övladı var. R.Muradovanın keçmiş əri öz bibisi oğlu olub. 

Faktla bağlı cinayət işi başlanılıb. Hadisəni törədən şəxs saxlanılıb. 

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO