Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları həyəcanlı anlar yaşatdı – FOTO/VİDEO

Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları həyəcanlı anlar yaşatdı – FOTO/VİDEO

Hazırda oxunan: Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları həyəcanlı anlar yaşatdı – FOTO/VİDEO

76738

Bakıda keçirilən “Texnofest Azərbaycan” aerokosmik və texnologiya festivalı izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti yayıb.

Mənbə yazır ki, festival çərçivəsində Azərbaycan və Türkiyə hərbi pilotları müxtəlif təyyarələrdə nümunəvi birgə uçuşları icra edib. Hər iki qardaş ölkənin hərbi təyyarəçilərinin çətin pilotaj manevrlərlə uçuşlarını iştirakçılar alqışlarla qarşılayıblar.

Eyni zamanda, festivalda Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları katerlərlə izləyicilərə həyəcanlı anlar yaşadıblar. HDQ-nin xüsusi təyinatlılarının sərt gövdəli kater və hava yastıqlı qayıqlarla sahil əməliyyatları üçün nəzərdə tutulmuş manevrləri də izləyicilərin böyük marağına səbəb olub.

Qeyd edək ki, festival çərçivəsində Müdafiə Nazirliyi üçün ayrılan pavilyonda Hərbi Hava Qüvvələri, Quru Qoşunları, eləcə də mühəndis və rabitə hissə və bölmələrinin sərəncamında olan müasir hərbi-texniki və digər avadanlıqlar təqdim olunub.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO