Azərbaycanda ilk dəfə olaraq Çiyələk festivalı keçirildi – FOTO

Azərbaycanda ilk dəfə olaraq Çiyələk festivalı keçirildi – FOTO

Hazırda oxunan: Azərbaycanda ilk dəfə olaraq Çiyələk festivalı keçirildi – FOTO

76733

Azərbaycanda ilk dəfə olaraq Cəlilabadda Çiyələk festivalı keçirilib.

Bizim.Media xəbər verir ki, tədbir rayon İcra Hakimiyyəti, "Azəri Home Chef" komandası, turizmin və milli mətbəxin inkişafına dəstək verən QHT-lərin birgə təşkilatçılığı ilə reallaşıb.

Rayonun "Seyrangah" parkında təşkil olunan festivalda kənd təsərrüfatı şirkətləri, yerli çiyələk müəssisələrinin brendləri  və regionun ən yaxşı restoranlarının çeşidləri, milli mətbəxə dair yeməklər nümayiş olunub.

Tədbir çərçivəsində Vətən müharibəsi veteranları ilə görüş, aşpazlardan ustad dərsləri və "Çiyələk möcüzəsi" adlı kulinariya müsabiqəsi keçirilib.

Festival əyləncəli proqramla davam edib.

Qeyd edək ki, Azərbaycan MDB ölkələri arasında dünyanın ən dadlı və məşhur giləmeyvəsinə həsr olunmuş tədbirin keçirildiyi ikinci ölkədir.

Çiyələyin ən böyük plantasiyaları Cəlilabad rayonunda yerləşir. Yığılmış çiyələyin yarıdan çoxu ixrac edilir. Onlar altı növ çiyələk yetişdirirlər:  "Murano", "Monterey", "Albion", "Sanandres", "Sabrina" və "Clery". 

Çiyələk festivalının hər il may ayının son həftəsonu keçirilməsi planlaşdırılır.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO