“Ermənistanın Dağlıq Qarabağ bölgəsində qəti siyasi iradəsi yoxdur” - POLİTOLOQ

“Ermənistanın Dağlıq Qarabağ bölgəsində qəti siyasi iradəsi yoxdur” - POLİTOLOQ

Hazırda oxunan: “Ermənistanın Dağlıq Qarabağ bölgəsində qəti siyasi iradəsi yoxdur” - POLİTOLOQ

7673

“Dövlət başçısı İlham Əliyevin qısa bir vaxtda Füzulidə beynəlxalq aeroportun tikilib istifadəyə veriləcəyini qeyd etməsi strateji əhəmiyyət kəsb edir. Bununla da Xocalı aeroportu bağlanacaq”.

Bizim.Media xəbər verir ki, politoloq Məhəmməd Əsədullazadə “Facebook” hesabında qeyd edib. O, Xocalı aeroporotunun kiçik tutumlu təyyarələri qəbul etdiyini və müasir standartlara cavab vermədiyini deyib:

“Hazırda orada nəzarətimiz olmasa da, hava məkanı Azərbaycanın nəzarətindədir və oradan uçuşlar mümkün deyil. Hətta Paşinyan istəsə belə bundan sonra, helikopterlə Xocalı aeroportuna gələ bilməz. Dərhal havada məhv edilər. Bundan əlavə, Rusiya tərəfi "sülhməramli" qüvvələrinin lojistik dəstəyi üçün Xocalı aeroportunun açılmasında israrlıdır. Kiçik tutumlu hərbi nəqliyyat təyyarələrinin bura eniş etməsinə çalışır. Azərbaycan buna razılıq vermir. Çünki, bu, siyasi-strateji əhəmiyyət kəsb edir. Azərbaycan buna icazə verərsə, müəyyən fəsadları mümkündür”. 

Rusiyanın faktiki olaraq 5 il ərzində Qarabağda olacağını vurğulayan politoloq Füzuli aeroportu açılandan sonra, Azərbaycanın nəzarəti altında Rusiya təyyarələrinin bura eniş edəcəyini bildirib:

“Nəzərə alaq ki, Türkiyə hərbçiləri də Qarabağdadi və Füzuli aeroportuna Türkiyə hərbi təyyarələri də eniş edəcək. Buradakı hərbçilərin təminatını hər iki ölkə qısa vaxtda təmin etmək iqtidarında olacaq. Xocalı aeroporotundan isə təktərəfli Rusiya istifadə edəcək. Azərbaycan bundan sonra Xocalı aeroportunun əhəmiyyətini tam sıfıra endirəcək və ümumiyyətlə adi bir helikopter uçuşuna icazə verməyəcək. Bu aeroportu beynəlxalq aviasiya sistemindən çıxaracaq. Füzuli aeroportu Qarabağ zonasında yeganə beynəlxalq aeroport olaraq fəaliyyət göstərəcək”.

Dağlıq Qarabağda ermənilərin fəaliyyətinə gəlincə, politoloq onlara heç bir vaxt status verilməyəcəyini qeyd edib:

“Arayik Arutunyan, Vitaliy Balsanyandan istifadə edən Rusiya bir müddətdən sonra fakt qarşısında qalıb. Bu ölkənin Azərbaycan və Türkiyə ilə birgə ciddi əməkdaşlığa getməsi qaçılmazdır. Laçın dəhlizinə vizual və siyasi nəzarət, həmçinin Xocavənd rayonu, Şuşaətrafı ərazilər hərbçilərimiz tərəfindən nəzarətə alınır".

"Ermənilər üçün artıq burada yaşamaq çox çətin olacaq. Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qəti siyasi iradəsi yoxdur. Sadəcə Rusiya burada müəyyən rollar oynayır. Bunun da qarşısı alınacaq. Azərbaycan və Türkiyə çox ciddi şəkildə regionda öz mövqeyini gücləndirir”,-deyə Məhəmməd Əsədullazadə əlavə edib.

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO