3 qat dünya çempionu da əfv olundu

3 qat dünya çempionu da əfv olundu

Hazırda oxunan: 3 qat dünya çempionu da əfv olundu

76576

Kikboksinq və kunq-fu üzrə dünya çempionu Urxan Orucov əfv edilib.

Bizim.Media xəbər verir ki, 2018-ci ildə həbs edilən U.Orucovun adı Prezident İlham Əliyevin ötən gün imzaladığı Əfv Sərəncamında yer alıb.

Qeyd edək ki, 1989-cu il təvəllüdlü U.Orucov kikboksinq və kunq-fu idman növləri üzrə 3 qat dünya, 8 qat Azərbaycan çempionudur.

Belə ki, Orucov Urxan Əli oğlu maşınla adam vuraraq öldürdüyü üçün məhkum olunmuşdu. 

Hadisə 2018-ci ilin yanvarında Buzovna qəsəbəsində baş verib. U.Orucov idarə etdiyi “BMW” markalı avtomobillə 31 yaşlı Maştağa sakini Səlim Zülfüqarovu vurub hadisə yerindən qaçıb.

Hadisə nəticəsində S.Zülfüqarov vəfat edib, U.Orucov isə saxlanılaraq həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o 4 il 2 ay 16 gün müddətə azadlıqdan məhrum edilmişdi.
Həmin dövrdə Urxan Orucovun qəzanı içkili vəziyyətdə törətdiyi iddia olunsa da, idmançının məşqçisi Asif Sayadov yerli mətbuata müsahibəsində bu iddiaları təkzib etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO