Gənclər Fondunun rəhbəri gələcək planları AÇIQLADI - FOTO  

Gənclər Fondunun rəhbəri gələcək planları AÇIQLADI - FOTO  

Hazırda oxunan: Gənclər Fondunun rəhbəri gələcək planları AÇIQLADI - FOTO  

76479

"Gənclər Fondunun 10 illiyi münasibətilə təşkil olunan tədbirdə müxtəlif layihələr, gənclər təşkilatlarının sərgiləri öz əksini tapıb".  

Bizim.Media xəbər verir ki, bu fikri Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Fondun yaradılmasının 10 illiyi münasibətilə təşkil olunan tədbir zamanı jurnalistlərə verdiyi müsahibəsində səsləndirib.  
 

MÖVZU İLƏ BAĞLI:

“Bu layihələrdən 500 mindən çox gənc yararlanıb” - Fərid Cəfərov 


F.Cəfərov qeyd edib ki, dövlət başçısının həyata keçirdiyi gənclər siyasətinin əsas istiqaməti olan gənclərin vətənpərvər və təhsilli yetişməsi baxımından Fondun həyata keçirdiyi proqramlar da festival formatında nümayiş olunur:  

"Festivalın daha bir özəlliyi ondan ibarətdir ki, gənclər yalnız layihələrlə bağlı məlumat almayacaqlar, eyni zamanda burada öz layihələrilə müraciət etmək imkanı əldə edəcəklər.

Bundan əlavə, gənclərin layihələrlə bağlı rəylərini də toplamağı düşünürük. Çünki rəylər Fondumuzun fəaliyyətinin təkmilləşdirilməsində mühüm rol oynamaqdadır".  

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO