“Bu layihələrdən 500 mindən çox gənc yararlanıb” - Fərid Cəfərov 

Hazırda oxunan: “Bu layihələrdən 500 mindən çox gənc yararlanıb” - Fərid Cəfərov 

76470

"Yalnız ötən il Gənclər Fondunun resurs mərkəzində 1300 layihə baş tutub".  

Bizim.Media xəbər verir ki, bunu Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Fondun yaradılmasının 10 illiyi münasibətilə təşkil olunan konfransda deyib.  

F.Cəfərov əlavə edib ki, Azərbaycan Gənclər Fondu (AGF) fəaliyyətinin on illiyi dövründə 5 000-ə yaxın yerli və beynəlxalq layihəni maliyyələşdirib:  

"Həmin layihələrdən ölkə üzrə 500 mindən çox gənc yararlanıb. Bundan başqa, müsabiqə əsasında ölkə üzrə ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan 1 190 istedadlı tələbənin təhsil xərci qarşılanıb, 47 gəncin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində magistr təhsili dəstəklənib. Eyni zamanda, 332 gəncin beynəlxalq tədbirlərdə iştirakı təmin edilib, 48 gənc xarici ölkələrdə yerləşən beynəlxalq təşkilatlarda Fond vasitəsilə təcrübə keçib".  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO