“Azəriqaz” rəsmiləri sakinlərin problemlərini dinlədi - FOTO

“Azəriqaz” rəsmiləri sakinlərin problemlərini dinlədi - FOTO

Hazırda oxunan: “Azəriqaz” rəsmiləri sakinlərin problemlərini dinlədi - FOTO

76383

""Açıq mikrofon" aksiyasının mahiyyəti qaz təchizatı ilə bağlı üzləşdiyiniz problemləri yerindəcə dinləmək, vətəndaşların ünvanladıqları müraciətləri birbaşa olaraq SOCAR "Azəriqaz" İstehsalat Birliyinin rəhbərinə çatdırılmasında vasitəçi olmaqdan ibrətdir".

“Azəriqaz”dan Bizim.Media-ya verilən məlumata görə, bu sözləri "Azəriqaz" İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev Biləsuvar rayonunda vətəndaşlarla keçirilən görüş zamanı bildirib.

Məlumata görə, aksiyaya Biləsuvar rayonunun Aşağı Cürəli, Çaylı, Aranlı, İsmətli kəndlərindən, habelə Günəşli, Ağalıkənd və Əliyabad kəndlərinin yeni yaşayış massivlərindən üz tutan sakinlər küçə qaz xəttinin çəkilməsi, fərdi qazlaşma, qaz xəttinin yerinin dəyişdirilməsi, işə qəbul, qapı keçidinin quraşdırılması ilə bağlı müraciət ediblər. Daxil olan müraciətlər Birliyin məsul şəxsləri tərəfindən cavablandırılıb, vətəndaşlara lazımi izahatlar verilib.

"Açıq mikrofon" aksiyası çərçivəsində növbəti görüş Cəlilabad rayonunda baş tutub. Əli Musayev, Vidadi Abdullayev, Vüsal Cəfərov, Oqtay Eynullayev küçələrində yaşayan sakinlər sözügedən ünvanların təbii qazla təmin olunmasını xahiş ediblər. Lənkəran Regional qaz istismarı İdarəsinin rəisi Namiq Məmmədov qazlaşma prosesinin mərhələli şəkildə davam etdiyini bildirərək, bu ünvanların da qazlaşdırılması ilə bağlı müraciətlərin "Azəriqaz" İB-nin baş direktoruna çatdırılacağını vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO