Qonşusunun həyətində çətənə yetişdirdi, ələ keçdi

Qonşusunun həyətində çətənə yetişdirdi, ələ keçdi

Hazırda oxunan: Qonşusunun həyətində çətənə yetişdirdi, ələ keçdi

76226

Qonşusunun həyətində narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakini saxlanılıb.  

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-nın Cənub bürosuna verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayonun Mamusta kənd sakini, əvvəllər məhkum olunmuş Emil Hacıyev saxlanılıb.  

Onun qonşusuna məxsus, hazırda yaşayış olmayan torpaq sahəsində əkərək kultivasiya yolu ilə yetişdirdiyi 37 ədəd narkotik xassəli çətənə bitkiləri aşkar edilərək götürülüb.  

Faktla bağlı araşdırma aparılır.  

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO