Bakıda Beynəlxalq Yoqa Günü keçiriləcək - FOTO

Bakıda Beynəlxalq Yoqa Günü keçiriləcək - FOTO

Hazırda oxunan: Bakıda Beynəlxalq Yoqa Günü keçiriləcək - FOTO

76171

İyunun 21-də Azərbaycanda 8-ci Beynəlxalq Yoqa Günü (IDY 2022) qeyd olunacaq. 

Bizim.Media xəbər verir ki, bunu Hindistanın Azərbaycandakı  səfiri Bavitlunq Vanlalvavna deyib.  

O bildirib ki, səfirlik müxtəlif yoqa məktəbləri və dövlət qurumları ilə əməkdaşlıq edərək, 21 iyun Beynəlxalq Yoqa Günü ərəfəsində Bakıda və Azərbaycanın bir sıra regionlarında yoqa tədbirləri təşkil edəcək: 

“Yoqa tədbirləri Bakıda və onun ətrafında yerləşən məşhur məkanlarda – Qobustan, Atəşgah, Yanardağ, İçərişəhər və Heydər Əliyev Mərkəzinin parkında təşkil olunacaq. Bundan başqa, regional gənclər mərkəzləri ilə birgə Sumqayıt, Lənkəran və Qubada da yoqa tədbirləri keçiriləcək”. 

Qeyd edək ki, Hindistanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilən Yoqa seansları ödənişsiz həyata keçirilir.  

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO