Qubada güclü sel körpünü apardı, mərkəzlə əlaqə kəsildi - YENİLƏNİB - FOTO/VİDEO

Qubada güclü sel körpünü apardı, mərkəzlə əlaqə kəsildi - YENİLƏNİB - FOTO/VİDEO

Hazırda oxunan: Qubada güclü sel körpünü apardı, mərkəzlə əlaqə kəsildi - YENİLƏNİB - FOTO/VİDEO

76074

İntensiv yağışlar nətivcəsində Qubanın Cağacuqçayında da güclü sel müşahidə edilib.

Bizim.Media xəəbər verir ki, Cağacuqçayının daşması Rustov İnzibati Ərazi Dairəsinin Xanəgah, Bad kəndlərində körpünü, Qam-Qam kəndində məhəllə körpüsünü uçurub.

Kardaş kəndində  isə sakinlərin istifadə etdiyi  piyada körpüsünü sel yararsız hala qoyub. 

Yerli sakin, müəllim Söhrab Səfərəliyev Bizim.Media-ya məlumat verib ki, Cağacuqçaya gələn sel piyada körpüsünün dirəklərini aparıb, keçiddə problem yaranıb. Bu səbəbdən körpüdən  keçmək təhlükəli olduğundan  bu gün uşaqların dərsə getməsi mümkün olmayıb.

Quba FHK-nın sədri, icra başçısının 1-ci müavini Tariyel İbrahimovun Bizim.Media-ya açıqlamasına görə, sel səngiyən kimi fəsadların aradan qaldırılmasına başlanılacaq.

Rayona dəyən ziyan dəqiqləşdirilir.

*** 11:27

Qubada güclü yağış ciddi fəsadlar törədib. Bir neçə gündür fasilələrlə davam edən yağış çaylarda sel təhlükəsi yaradıb.  

Bizim.Media xəbər verir ki, bu gün səhər Qubanın Tüləkəran İnzibati Ərazi Dairəsinin Tülər kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Ağçaya gələn güclü sel kəndi rayon mərkəzi ilə birləşdirən körpünü aparıb, sakinlərin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib. Səhər sastlarında Quba İH başçısı Ziyəddin Əliyev, rayon FHK -nın sədri Tariyel İbrahimov selin dağıtdığı körpü ərazisinə gəlib.  

Selin fəsadları ilə yerində tanış olan rayon İH başçısı su azalan kimi körpünün bərpasına başlanılacağını deyib. Sakinlərə narahat olmamağı tövsiyə edən Ziyəddin Əliyev təbii fəlakətin nəticələrinin qısa vaxt ərzində aradan qaldırılacağını bildirib.  
Qeyd edək ki, Ağçayda güclü sel gələn kimi bu körpünü həmişə yararsız hala salır. Dəfələrlə körpü tam halda bərpa olunsa da yenə də selin müqavimətilə rastlaşıb.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

 

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO