Ötən gecədən bağlanan Quba-Xınalıq yolu tam açıldı - FOTO/VİDEO

Ötən gecədən bağlanan Quba-Xınalıq yolu tam açıldı - FOTO/VİDEO

Hazırda oxunan: Ötən gecədən bağlanan Quba-Xınalıq yolu tam açıldı - FOTO/VİDEO

76001

Güclü yağışlardan sonra yaranan palçıq qatının yola axması səbəbindən bağlanan Quba-Xınalıq yolu tam açılıb.

Qubadakı 5 saylı yol-istismar idarəsinin sahə rəisi Bilal Sultanovun Bizim.Media-ya verdiyi məlumata görə, ötən gecə bağlanan Quba-Xınalıq  yolunun 52-57-ci km-də təmizləmə işləri aparılıb.

Yol əvvəlcə nəqliyyat vasitələrinin hərəkəti üçün qismən açılıb. Gün ərzində aparılan təmizləmə işlərindən sonra yol tam normal vəziyyətə gətirilib.

Bilal Sultanov yağışların davam edəcəyi təqdirdə Quba-Xınalıq yolunun qeyd edilən kilometrliklərində və digər hissəsində palçıq və ya torpaq sürüşməsinin baş verəcəyini istisna etməyib.

Quba Fövqəladə Hallar Komissiyasının sədri, icra başçısının birinci müavini Tariyel İbrahimov da bağlanmış yolda indi heç bir maneə olmadığını deyib.

Aytəkin Alxaslı, Bizim.Media - Şimal bürosu.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO