Brüssel görüşündə problemlərin həlli hansı qrafik üzrə razılaşdırılıb? – TƏHLİL

Brüssel görüşündə problemlərin həlli hansı qrafik üzrə razılaşdırılıb? – TƏHLİL

Hazırda oxunan: Brüssel görüşündə problemlərin həlli hansı qrafik üzrə razılaşdırılıb? – TƏHLİL

75929

Mayın 22-də baş tutan Brüssel görüşünün real nəticələri cəmi bir gün sonra özünü göstərdi. Belə ki, mayın 23-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı və Ermənistan Baş naziri Nikol Paşinyanın fərmanı ilə hər iki tərəf delimitasiya üzrə komissiyaların yaradıldığını elan etdi. 

Onu da qeyd etməliyik ki, əvvəlki razılaşmalardan fərqli olaraq, bu dəfə razılaşmaların paralel şəkildə reallaşdırıldığına şahidlik etdik. Bu isə, Brüsseldə regional sülhün təmin olunması istiqamətində mühüm razılaşmaların əldə olunduğu və prosesin bundan sonra paralel olaraq həyata keçiriləcəyi ehtimallarını ciddi şəkildə artırıb.

Mövzuyla bağlı Bizim.Media ilə fikirlərini bölüşən politoloq İlqar Vəlizadənin sözlərinə görə, Brüssel görüşündən sonra müəyyən dinamika hiss olunur:
 

MÖVZU İLƏ BAĞLI:

Avropa İttifaqının Qarabağ PLANI – PƏRDƏARXASI məqamlar


“Hətta tərəflər növbəti görüşün iyul-avqust aylarında keçirilməsini nəzərdə tutublar. Bu o deməkdir ki, masa üzərində konkret məsələlər var və tərəflər müəyyən qrafik çərçivəsində problemləri həll etməyə çalışırlar. Qeyd etməliyik ki, son həftələrdə regionda qeyri-müəyyənlik müşahidə olunurdu. Həm sərhəddə gərginlik, həm də Ermənistan tərəfinin təzadlı fikirləri.
 

Bu görüş və nəticələri onu deməyə əsas verir ki, tərəflər müəyyən formul əsasında hərəkət etmək qərarına gəliblər. Komissiyanın ilk iclası da delimitasiya və demarkasiya prosesinin hansı əsaslarla aparılacağına aydınlıq gətirəcək”.


Politoloq prosesin gedişatının konkret addımlardan asılı olacağını qeyd edib. İlqar Vəlizadə delimitasiya komissiyasının tərkibində sərhəd rayonlarının icra başçılarının iştirakı və Qazaxın 7 kəndinin taleyi ilə bağlı da fikirlərini bölüşüb:

“İcra başçıları iştirak etməsələr belə, Qazaxın eksklav kəndləri və Naxçıvanın Kərki kəndinin taleyi mütləq şəkildə öz həllini tapmalıdır. Müəyyən prinsiplər və sovet dönəmində mövcud olan sərhədlər var. Həmin sərhədlərə görə bu eksklavlar Azərbaycana aiddir. İcra başçılarının iştirakına gəlincə isə qeyd etməliyik ki, hər bir rayon ərazi vahididir və onların öz əraziləri var. Onların əraziləri də müəyyən olunduğu üçün, icra başçılarının komissiyanın tərkibinə daxil edilməsi vacibdir”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO