“Köçəryan da olsaydı belə, İlham Əliyevin şərtlərini qəbul etməyə məcbur idi” – Ədalət Verdiyev 

“Köçəryan da olsaydı belə, İlham Əliyevin şərtlərini qəbul etməyə məcbur idi” – Ədalət Verdiyev 

Hazırda oxunan: “Köçəryan da olsaydı belə, İlham Əliyevin şərtlərini qəbul etməyə məcbur idi” – Ədalət Verdiyev 

75891

“Ermənistan ordusu müharibədə məğlub olduğuna görə, hazırda Paşinyanın yerinə Köçəryan olsaydı belə, Prezident İ.Əliyevin şərtlərini qəbul etməyə məcbur idi. Sadəcə bu erməni ordusunun itkilərinin daha da artması fonunda baş verə bilərdi”.

Bizim.Media xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev öz sosial şəbəkə hesabından yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Brüssel görüşündə Ermənistanın “ATƏT-in Minsk Qrupu” FİASKOSU: Azərbaycan hansı uğura imza atdı? 


Ekspert qeyd edib ki, döyüş meydanında ordusu zəif olar tərəfin nə siyasəti, nə də diplomatiyası söz sahibi ola bilməz:

“Son əsrdə ilk dəfə Ermənistana şərtlərimizi diktə edirik, Qarabağda isə ermənilərə yaşayış üçün minimal miqyasda ərazi təqdim edirik. Kənar soyuq barmaq olmasa, proseslər gözlənəndən də sürətlə gedəcək. Xankəndində, bəlkə də İrəvanda ermənilərin bizə xidmət göstərməkdən məmnun olacağı günü də görəcəyik”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO