“Qiyməti qəfləti gedişlə qaldırmaq doğru deyil” - Qulu Məhərrəmli

“Qiyməti qəfləti gedişlə qaldırmaq doğru deyil” - Qulu Məhərrəmli

Hazırda oxunan: “Qiyməti qəfləti gedişlə qaldırmaq doğru deyil” - Qulu Məhərrəmli

7558

“Müharibədən çıxmış hər hansı ölkədə bahalaşmalar labüddür, amma bizdə benzinin (11 %) və dizelin (33 %-hədsiz çoxdur) qiymətini qəfləti gedişlə, oğru kimi qaldırmaq doğru deyil”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri BDU-nun professoru, telejurnalist Qulu Məhərrəmli özünün Facebook səhifəsində yazıb.

“Bu addımı açıq, səmimi və əsaslı izah etməklə də atmaq olardı, çünki əhali ölkədəki vəziyyəti başa düşür.

Ona görə də indi hökumətin bəzi media qurumlarının zəruri “qiymət dəyişikliyi” barədə yazmalarına və çiçəyi burnunda olan deputatcıqların “Avropa müqayisəsi”nə ehtiyac yoxdur.

Xalq indi çox şeyi anlayışla qarşılayır, amma bütün iqtisadi problemləri xalqın hesabına həll etmək olmaz. Buna öyrəncəli olmaq pis nəticələr verə bilər”- deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO