Premyer Liqada bürünc medalın sahibi müəyyənləşdi

Premyer Liqada bürünc medalın sahibi müəyyənləşdi

Hazırda oxunan: Premyer Liqada bürünc medalın sahibi müəyyənləşdi

75534

Azərbaycan Premyer Liqasında sonuncu-28-ci turun keçirilən 2 oyunundan sonra çempionatımızda 2021/2022 mövsümünün 3-cü yerinin sahibi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, bu "Zirə"dir. Komanda son turda "Şamaxı" ilə qolsuz bərabərə qalıb.

Ancaq Bakı təmsilçisinin ən yaxın izləyicisi "Qəbələ" də "Sabah"la matçda heç-heçə edib - 1:1.

Bu nəticələrdən sonra Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda 47 xalla Premyer Liqanın bürünc mükafatına sahib çıxıb. "Qəbələ" isə 45 xalla 4-cü olub.

Qeyd edək ki, Premyer Liqamızda 2021/2022 mövsümünün qalibi "Qarabağ" növbəti mövsüm Çempionlar Liqasında, 2-ci "Neftçi", 3-cü "Zirə" və 4-cü "Qəbələ" Konfrans Liqasında mübarizə aparmaq hüququ qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO