“Meymun çiçəyi” virusunun mənbəyi ORTAYA çıxdı – Görün hansı ŞƏHƏRMİŞ?

“Meymun çiçəyi” virusunun mənbəyi ORTAYA çıxdı – Görün hansı ŞƏHƏRMİŞ?

Hazırda oxunan: “Meymun çiçəyi” virusunun mənbəyi ORTAYA çıxdı – Görün hansı ŞƏHƏRMİŞ?

75504

Son günlər Avropanı həyacanda saxlayan “Meymun çiçəyi” virusunun yayılma mənbəyi məlum olub. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, virusun mayın 5-də Belçikanın Antverpen şəhərində keçirilən “Darklands” adlı fetiş festivalında yayılıb. İlk yoluxma halını Antverpen Tropik Sağlamlıq İnstitutu açıqlayıb. 

Səhiyyə naziri Frank Vandenbrouk daha sonra yoluxma sayının 3-ə çatdığını bildirib.

Darklands festivalının təşkilatçıları Antverpendə keçirilən 4 günlük tədbirdə virusun xaricdən gələn insanlar tərəfindən ötürüldüyünü açıqlayıb və Səhiyyə Nazirliyi də bunu təsdiqləyib.

İlk dəfə mayın 7-də İngiltərədə qeydə alınan “meymun çiçəyi” virusu son 2 həftədə Avropanın 8 ölkəsinə yayılıb.

Adətən heyvandan insana, nadir hallarda isə insandan insana keçən virus bədəndə yüksək hərarət və qaşınma qabarcıqlarına səbəb ola bilir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO