Gəncədə Atatürkü anma günü qeyd olunub - FOTO

Gəncədə Atatürkü anma günü qeyd olunub - FOTO

Hazırda oxunan: Gəncədə Atatürkü anma günü qeyd olunub - FOTO

75337

Gəncədə Atatürkü anma, Gənclik və İdman Günü qeyd olunub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Xan Bağında keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkili Pərvin Kərimzadə, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki Baş konsulu Nikolos İaşvili, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak ediblər.  

Tədbir iki dövlətin himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Türkiyənin Gəncədəki konsulu Zeki Öztürk tədbirdə çıxış edib. O, hər il 19 May tarixində qeyd olunan Atatürkü anma, Gənclik və İdman Gününün tarixindən danışıb.  

Rəsmi hissədən sonra bayram konserti keçirilib.  

Məqsəd Rəhimov Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO