Nazirlik “110 manat” məsələsinə aydınlıq gətirdi

Nazirlik “110 manat” məsələsinə aydınlıq gətirdi

Hazırda oxunan: Nazirlik “110 manat” məsələsinə aydınlıq gətirdi

7486

Son günlər sosial şəbəkələrdə guya işsiz şəxslərə “110 manat ünvanlı yardım” almaq üçün “yol göstərən”, əslində onlarda yanlış təsəvvür, çaşqınlıq yaradan videolar paylaşılıb.

Bizim.Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı məsələyə aydınlıq gətirib.

Nazirlik rəsmisi qeyd edib ki, aztəminatlı ailələrə ünvanlı yardım ailənin ümumi ehtiyac meyarı ilə orta aylıq gəliri arasındakı fərq qədər təyin olunur:

“Həmin fərq kimi, ailələrə təyin olunan ünvanlı yardımlar da müxtəlif məbləğlərdə ola bilər. Ona görə bu videolarda “110 manat ünvanlı sosial yardımı” ifadəsi absurddur.

Bu, eləcə də birdəfəlik ödəmə, ünvanlı sosial yardım almaqdan ötrü müraciət olunması ilə bağlı videolardakı əsassız “məsləhətlər”, təqdim edilən səhv müraciət prosedurları müəllifin uydurmasıdır”.

Fazil Talıblı sosial şəbəkə istifadəçilərinə bu kimi yanlış məlumatlara inanmamağı tövsiyə edib.

Bildirib ki, vətəndaşlarda çaşqınlıq yaradan belə yalan videoməlumatlar və müəllifləri ilə bağlı hüquq mühafizə orqanlarına müraciət ediləcək.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO