Bizim.Media hazırda dünyada ən baha qiymətə satılan avtomobil nümunələrini sıralaması ilə araşdırıb. Qiymətləri 2 milyon dollardan yuxarı olan bu avtomobillər tək-tək nüsxələrlə istehsal olunub.
“Aston Martin Vulcan”
Avtomobilin istehsalçısı onu sadecə olaraq yarışlarda istifadə üçün istehsal edib. Maşın həvəskarları onu şah əsər hesab edir. Avtomobilin qiyməti 2,3 milyon dollardır. Yalnız 24 ədəd istehsal edilən Vulcan 7 litirlik, V12 mühərrikinə sahibdir.
“Ferrari F60 Amerika”
Maşın ilk başda Ferrarinin istehsal etdiyi F12 modelinə oxşasa da ondan çox fərqlənir. Maşın 2017-ci ildə istehsal edilib. Adından da məlum olduğu kimi Amerika üçün xüsusi bir seriya çıxarılıb. Avtomobilin qiyməti 2,6 milyon dollardır.
“Mercedec AMG – ONE”
F1 mühərrikinə sahib olan Mersedesin bu modeli avtomobil həvəskarlarının olduqca diqqətini cəlb edir. Ən fərqli xüsusiyyəti isə ağır olmaması üçün qabı qollarından istifadə edilməyib və oturacaqları incə dizayn edilib. Avtomobilin qiyməti 2,5 milyon dollardır.
“Aston Martin Valkyrie”
2,6 milyon dollar dəyərində olan maşın işıqdan qaranlığa keçdiyi zaman rəng dəyişdirmə xüsusiyyətinə malikdir. İçərisi Formula 1 üslubunda dizayn edilmişdir. Avtomobilin 6,5 litrlik V12 mühərriki var. Həm daxili, həm də xarici dizayn baxımından olduqca diqqətəlayiqdir.
“Bugatti Veyron by Mansory Vivere”
Alman Volksvagen Qrupu tərəfindən dizayn edilmiş və Fransız avtomobil istehsalçısı Buqatti tərəfindən istehsal olunan bu avtomobil orta mühərrikli idman avtomobilidir. Avtomobil adını Buqattinin əfsanəvi yarış sürücüsü Piyerre Veyrondan götürüb. Bu nəqliyyat vasitəsi dünyada 150 nəfərdə var. Saatda 374 kilometr sürətə malik olan avtomobil 3,4 milyon dollar dəyərindədir.
“W Motors Lykan Hypersport”
Avtomobil yaxın şərqdə ilk idman avtomobilidir. Maşının qabaq faraları üçün almazdan, idarəetmə düymələri üçün isə qızıl və platindən istifadə edilib. Avtomobilin qiyməti 3,4 milyon dollardır.
“Mercedes-Benz Maybach Exelero”
2 kilometrə 8 litr benzin sərf edən avtomobil, 351 km-ə qədər sürətlənə və 4.4 saniyədə 100 kmh-ə çata bilər. Nəqliyyat vasitəsi xüsusi sifarişlə hazırlanmışdır və 3 ton ağırlığındadır. Ən vacib xüsusiyyət, təkərləri partladığı zaman sizin bir şey etməyinizə ehtiyac yoxdur. 8 milyon dollar dəyərində olan avtomobil öz təkərlərini dəyişmə funksiyasına malikdir.
Bugatti La Voiture Noire
2016-cı ildə buraxılan avtomobil sadəcə olaraq 1 ədəd istehsal edilib. Avtomobilin kim tərəfindən satın alındığı şirkət tərəfindən gizlin saxlanılır. Rəngi ilə göz qamaşdıran buqattinin qiyməti 19 milyon dollardır.
Aliyə İlyas, Bizim.media
- A-
- A
- A+
Dünya
23:00 / 05.01.2021
Dünyanın ən bahalı avtomobilləri - FOTO
Hazırda oxunan: Dünyanın ən bahalı avtomobilləri - FOTO
Hazırda oxunan: Dünyanın ən bahalı avtomobilləri - FOTO
7484
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.