Zelenskinin ofisi: Rusiya ilə danışıqlar prosesi dayandırılıb

Zelenskinin ofisi: Rusiya ilə danışıqlar prosesi dayandırılıb

Hazırda oxunan: Zelenskinin ofisi: Rusiya ilə danışıqlar prosesi dayandırılıb

74792

“Rusiya ilə danışıqların dayandırılmasına baxmayaraq, müharibə onsuz da danışıqlar masasında həll olunacaq. Prosesə Ukrayna prezidenti Vladimir Zelenski moderatorluq edəcək”. 

Bizim.Media “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu fikirləri Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak telemarafonun efirində səsləndirib.

"Aydındır ki, indi danışıqlar prosesi dayandırılıb, çünki İstanbul kommünikesindən sonra irəliyə doğru ciddi irəliləyiş olmayıb.

Rusiya Federasiyası hələ də öz stereotip düşüncəsində qalır. Amma istənilən müharibə yenə də danışıqlar masası arxasında bitəcək. Və mənə elə gəlir ki, cənab Zelenski bu prosesə moderatorluq edəcək”, - Podolyak bildirib.

Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Ukraynanın Rusiya ilə danışıqlar prosesindən “praktiki olaraq” geri çəkildiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO