Şair Əjdər Olun şikayəti üzrə məhkəmə başladı

Şair Əjdər Olun şikayəti üzrə məhkəmə başladı

Hazırda oxunan: Şair Əjdər Olun şikayəti üzrə məhkəmə başladı

74779

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri, şair Əjdər Cəbiyev (Əjdər Ol) barəsindəki hökmdən verilmiş şikayət üzrə məhkəmə prosesi başlayıb.

Bizim.Media xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri dəqiqləşdirilib.
Məhkəmə baxışı iyunun 1-nə təyin olunub.

Xatırladaq ki, Əjdər Cəbiyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə yekun ittiham elan olunub.

Əjdər Cəbiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Əjdər Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO