Paşinyan Moskvada gülünc vəziyyətə düşdü - VİDEO

Paşinyan Moskvada gülünc vəziyyətə düşdü - VİDEO

Hazırda oxunan: Paşinyan Moskvada gülünc vəziyyətə düşdü - VİDEO

74637

Paşinyan jurnalist və hökumət başçısı olsa da, müxtəlif beynəlxalq platformalarda mütəmadi olaraq gülünc vəziyyətə düşür. Məsələn, onun Münhen Təhlükəsizlik Konfransı zamanı Əliyevlə görüşdə səsləndirdiyi “Qarabağ Azərbaycanın bir hissəsidir” gülüş doğuran bəyanatını xatırlayaq. Yaxud İrəvanda Avrasiya İqtisadi Birliyi ölkələrinin hökumət başçılarının görüşündə məruz qaldığı rüsvayçılıq: “Sual yoxdursa, dostlar, artıq keçə bilərikmi?”.

Rusiya Federasiyasının o vaxtkı Baş naziri Medvedev ona “Hara geçək?” sualını verib. “Biz qəbul edilmiş sənədlərin imzalanması proseduruna keçirik”. Paşinyan belə izah edib. Bu zaman Medvedev onunla zarafatlaşıb.

Bizim.Media xəbər verir ki, bu gün Moskvada keçirilən KTMT sammiti zamanı Nikol Vovaeviç növbəti dəfə axmaq vəziyyətdə qalıb. Rus dilində pis danışan Paşinyan, birincisi, Rusiya prezidenti Putinin siyadını düzgün tələffüz etməyib, yalnız ikinci cəhdində bunu bacarıb.

Sonra o, Belarus prezidentinin imzalanmağa hazır olan sənədləri müzakirə etməyi təklif etdiyi zaman istehza ilə üzləşib.

"Söz Belarus Respublikasının Prezidentinə verilir", - Paşinyan deyib. 

“Niyə mən?” Lukaşenko qəzəblənib. "Mən ikinciyəm, sən birincisən”.

“Çünki sədrəm, sonuncu mən danışmalıyam”, - Paşinyan Lukaşenkonun gülüş obyektinə çevrildiyini anlayaraq gülümsəyib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO