Prezident Özbəkistan Ali Məclisinin nümayəndə heyətini qəbul etdi - VİDEO

Prezident Özbəkistan Ali Məclisinin nümayəndə heyətini qəbul etdi - VİDEO

Hazırda oxunan: Prezident Özbəkistan Ali Məclisinin nümayəndə heyətini qəbul etdi - VİDEO

74532

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanla Özbəkistan arasında qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, ilk növbədə siyasi sahədə uğurla inkişaf etdiyini vurğulayıb, bu işdə iki ölkənin dövlət başçıları arasında münasibətlərin xüsusi önəm daşıdığını qeyd edib və bu baxımdan Özbəkistana səfərini məmnunluqla xatırlayıb.

Prezident İlham Əliyev tarixi, dil və mədəni yaxınlığın münasibətlərimizin möhkəmlənməsi üçün əsas yaratdığını bildirib. 

İqtisadi sahədə əməkdaşlığa toxunan dövlətimizin başçısı ticarət dövriyyəsinin səviyyəsinin artırılmasının önəmini qeyd etdi və bunun üçün yaxşı imkanların olduğunu vurğulayıb.
Prezident İlham Əliyev digər beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də uğurlu əməkdaşlığın və ölkələrimizin qarşılıqlı dəstəyinin önəminə toxunub.

Xoş sözlərə görə minnətdarlığını bildirən Nurdinjon İsmoilov ilk növbədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb.

Eyni zamanda, o, Özbəkistanın dövlət başçısının 28 May - Müstəqillik Günü ilə bağlı təbrik məktubunu Prezident İlham Əliyevə təqdim edib. Nurdinjon İsmoilov Şavkat Mirziyoyevin Prezident İlham Əliyevin Özbəkistana səfərini gözlədiyini diqqətə çatdırıb. 
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Özbəkistanın dövlət başçısına çatdırmağı xahiş edib. 

Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri Bakıda gördüyü inkişaf proseslərinin onlarda dərin təəssürat hissi yaratdığını qeyd edib və ölkəmizin qazandığı nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.



11.25 ***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO