Malinin mərkəzində hava hücumu nəticəsində azı 20 nəfər ölüb.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Duentsa şəhəri yaxınlığında baş verib.
Hava hücumları yerli sakinlərin sərbəst yığıncağı zamanı yaşanıb. Onlarla insanın öldüyü aviazərbələr nəticəsində bir o qədər də yaralanan var.
Hadisəni törədən təyyarələr barədə məlumat yoxdur. Lakin “A Bamaco” kimi yerli nəşrlər olayı hərbi pilotların səhvi kimi qiymətləndirir.
Belə ki, ölüm və xəsarət alanlara görə cavabdehlik ya Mali HHM, ya “Barxan” əməliyyatı reallaşdıran fransız hərbçilər, ya da BMT sülhməramlılarının üzərinə düşür. Çünki hazırda Malidə başqa hərbi kontingent mövcud deyil.
Malinin “EFE” agentliyi isə, insident qurbanlarının 100 nəfər olduğunu iddia edir.
Hadisəyə rəsmi münasibət hələki verilməyib.
Bizim.Media