İtkin düşən hərbçilərin valideynləri yanvarın 5-də Ermənistan hökumətinin binası yaxınlığında etiraz aksiyası təşkil ediblər.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.
MÖVZU İLƏ BAĞLI:
İrəvanda müxalifətin mitinqi keçirilir
Mənbə yazır ki, itkin düşən hərbçilərin qohumları uzun müddətdir müxtəlif dövlət qurumlarının binaları yaxınlığında etiraz aksiyaları keçirirlər.
Düzdür, Nazirlər Kabinetinin rəhbəri Nikol Paşinyan onları vaxtaşırı qəbul edir. Ancaq qeyri-müəyyən cavabları etirazçıları razı salmır.
Valideynlər oğullarını tapmaq istəyi ilə Rusiya Prezidenti Vladimir Putinə bir məktub da göndəriblər.
Bizim.Media