Tahir Əmiraslanov işdən çıxarılmasından DANIŞDI: “Orxan Fikrətoğlunu...” – FOTO 

Tahir Əmiraslanov işdən çıxarılmasından DANIŞDI: “Orxan Fikrətoğlunu...” – FOTO 

Hazırda oxunan: Tahir Əmiraslanov işdən çıxarılmasından DANIŞDI: “Orxan Fikrətoğlunu...” – FOTO 

74182

“Düzü heç bir açıqlama vermək istəmirdim. Amma dünəndən yüzlərlə jurnalist zəng edir”. 

Bizim.Media xəbər verir ki, bunu Tahir Əmiraslanov Milli Kulinariya Mərkəzinin rəhbəri vəzifəzindən çıxarılmasına münasibət bildirərkən deyib. 

O, bu barədə şəxsi “Facebook” hesabında 5 bəndlik paylaşım edərək sözlərinin yozulmamasını rica edib: 

“1. Azərbaycan Milli Kulinariya Mərkəzi dövlət qurumudur və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin nəzdindədir. Mərkəzin baş direktoru vəzifəsinə işə götürmək və işdən azad etmək Turizm Agentliyinin səlahiyyətinə aiddir. Onlar da məni bu vəzifədən azad edib, Orxan Fikrətoğlunu təyin ediblər. 

2. Mən Azərbaycan Milli Kulinariya Assosiasiyası İctimai Birliyinin və Dünya İslam Kulinariya Birliyinin prezidentiyəm və bu təşkilatların fəaliyyətlərini genişləndirməyə, onları irəli aparmağa çalışıram. 

3. Orxan Fikrətoğlunu çoxdan tanıyıram. Aramızda salam var. Ona yeni işində uğur arzulayıram. 

4. Milli Kulinariya Mərkəzi və Milli Kulinariya Assosiasiyası arasında sıx əməkdaşlıq haqqında daimi müqavilə var, müqavilə 2019-cu ildə yenilənmişdi. Müqaviləyə heç bir tərəf xitam verməyib. Müqaviləyə görə əməkdaşlıq davam edir. Həm mərkəz, həm assosiasiya müqaviləni dəstəkləyir. 

5. Biz dövlət və milli maraqları, şəxsi və korporativ maraqlardan üstün bilirik”. 

Qeyd edək ki, Milli Kulinariya Mərkəzinin rəhbəri postuna Orxan Fikrətoğlunun təyinat alması sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO